İtaliyada koronavirusa yoluxma halları 1 128-ə qədər artdı
İtaliyada koronavirusa yoluxma halları 1 128-ə qədər artdı

İtaliyada koronavirusa yoluxma halları 1 128-ə qədər artdı, 29 insan həlak olub. Ölkənin Mülki Müdafiə Agentliyinin rəhbəri, Ancelo Borelinin bəyan etdiyinə görə, ötən gecə ərzində virusun 240 halı qeydə alındı. 50 insan müalicə olundu.

Virusa yoluxanlardan 105 nəfəri intensiv terapiya bölməsinə yerləşdirilib.

Virusa yoluxma hallarının əkəriyyəti İtaliyanın şimal hissəsində, Lombardiya bölgəsində qeydə alınır.