İtaliyada qalan Gürcüstan vətəndaşları Romada toplanırlar, buradan hökumətin yardımı ilə vətənə qayıdacaqlar
İtaliyada qalan Gürcüstan vətəndaşları Romada toplanırlar, buradan hökumətin yardımı ilə vətənə qayıdacaqlar

İtaliya Respublikasından uçuşların müvəqqəti dayandırılması nəticəsində İtaliyada qalan Gürcüstan vətəndaşları Gürcüstana yaxın gələcəkdə qayıdacaqlar. Onların uçuşlarını Gürcüstan hökuməti təmin edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, müvafiq qərarın dərc olunmasından sonra, Gürcüstan Səfirliyinə müraciət edən vətəndaşların göstəriciləri işlənib hazırlanıbdır. Onların uçuşu Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş protokolla həyata keçiriləcək. Gürcüstan Səfirliyi onların hamısı ilə daimi əlaqədə qalır, vətəndaşlar iklin tələbat əşyaları ilə təmin olunublar. Gürcüstan Səfirliyinin yardımı ilə Gürcüstan vətəndaşları Romada toplanırlar, buradan onların uçuşları baş verəcək.

Qeyd olunasıdır Gürcüstan ilk ölkədir ki, İtaliyadan uçuşların dayandırılmasından sonra, vətəndaşlarını öz təyyarəsi ilə çıxarır.

Gürcüstan Xarici İşlər nazirinin birinci müavini, Aleksandre Ğvtisiaşvilinin bəyan etdiyinə görə, İtaliyadan gələn Gürcüstan vətəndaşları ölkəyə daxil olan kimi yoxlanlacaqlar.

Koronavirusa görə, İtaliya “qırmızı zona” elan edildi. 9 martda yeni növ koronavirusdan İtaliyada 97 insan həlak oldu. Çindən sonra koronavirusdan ən çox ziyan İtaliyaya vuruldu.