İtaliya mediasının məlumatına görə, Roma Papasında koroavirus təsdiq olunmadı
İtaliya mediasının məlumatına görə, Roma Papasında koroavirus təsdiq olunmadı

Roma Papası koronavirusa yoluxmayıb. Bu barədə məlumatı “Reuters” agentliyi İtaliya mediasına istinad edərək yayır. Yayılan məlumata görə, koronavirus üzrə keçirilən testin cavabı mənfidir. Lakin Vatikanın mətbuat xidməti bu vaxta qədər şərh vermir.

83 yaşlı Roma Papasına illər öncə əməliyyat edilib və onun yalnız bir ağciyəri var. Bir neçə gün bundan öncə məlum oldu ki, Fransiske özünü pis hiss edir. Buna görə bir neçə tədbirdə iştirak edə bilmədi.