İsveçrə şirkəti "Ştadler" Gürcüstanda regional zavod inşaat edəcək
İsveçrə şirkəti "Ştadler" Gürcüstanda regional zavod inşaat edəcək

Qatar istehsalı ilə məşğul olan dünya liderlərindən biri olan, İsveçrə şirkəti “Ştadler” Gürcüstanda regional zavod inşaat etməyi planlaşdırır.

Bu məqsədlə, Tbilisi Meriyası, “Gürcüstanın Dəmi Yolu” və “Ştadler” şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı.

Bu barədə məlumatı paytaxtın meriyası yayır.

Memorandumu Tbilisinin meri Kaxa Kaladze, “Ştadler” şirkətinin idarə şurasının sədri Peter Şpuler və “Gürcüstan Dəmir Yolu”-nun baş direktoru David Peradze imzaladılar.