İsveçrədə David Kldiaşvilinin "Samanişvilinin analığı" adlı əsəri nəşr olunacaq
İsveçrədə David Kldiaşvilinin "Samanişvilinin analığı" adlı əsəri nəşr olunacaq

İsveçrədə David Kldiaşvilinin “Samanişvilinin analığı” adlı əsəri nəşr olunacaq.

Bu barədə məlumatı Gürcü Kitabının Milli Mərkəzi yayır.

Gürcü Kitabının Milli Mərkəzinin məlumatına görə, gürcü prozasının klasikası kimi tanınan əsərin nəşr olunması məsələsi ilə bağlı, mərkəzlə İsveçrənin Dörlemann Verlag nəşriyyatı əməkdaşlıq edir.

Kitabın alman dilli tərcüməsi üzərində Raxel Qratsfeld işlədi.

Dörlemann Verlag Gürcü Kitabının Milli Mərkəzi ilə fəal əməkdaşlıq edir və onların birgə əməkdaşlığı ilə bir neçə layihə həyata keçirilib.

David Kldiaşvilinin 1896-cı ildə yazılan əsərində feodal-aznaurların yaşam tərzi satira şəklində təsvir edilir.

“Samanişvilinin analığı” dəfələrlə gürcü teatrlarında tamaşa şəklində qoyulub.

Əsərin süjeti ilə film də çəkilib.