İsveçrə vətəndaşları Gürcüstana şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər
İsveçrə vətəndaşları Gürcüstana şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər

İsveçrə vətəndaşları Gürcüstana şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər. Qeyd olunan dəyişiklik hökumətin 2015-ci il 5 iyun tarixli 255 nömrəli qərarına edildi və sənədə baş nazir Giorgi Qaxariya imza atır.

“İveçrə vətəndaşları Gürcüstana üzərində adı, soyadı, doğum tarixi və fotoşəkili olan şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər”, – sənəddə deyilir.

2019-cu il 28 noyabr tarixli qərar artıq qüvvəyə minib.