İsveçrə prezidenti İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmasını təbrik edir
İsveçrə prezidenti İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmasını təbrik edir

İsveçrə Konfederasiyasının prezidenti, Qi Parmelen İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmasını təbrik edir.

Qi Parmelen qeyd edir ki, İsveçrə Gürcüstan hökumətilə bölgədə sülhün, sabitliyin və dialoqa imkanların yaradılması üçün əməkdaşlıq etməyə hazırdır.

“Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmanız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Məsuliyyətli fəaliyyətinizdə missiyanın yerinə yetirilməsi zamanı sizə uğurlar arzulayıram, hansı da ölkənizdə demokratiyanın, plüralizmin, qanunun aliliyinin, sülhün və firəvanlığın təmin olunması üçün çox önəmlidir. İsveçrə və Gürcüstanın yaxın tarixi əlaqələri var. Ümumi dəyərlər əsasında aramızda xüsusi produktiv əlaqələr yarandı. Ölkəmiz fəxr edir ki, Rusiya Federasiyasında Gürcüstanın maraqlarını təmsil edir. İsveçrə Gürcüstan hökumətilə bölgədə sülhün, sabitliyin və dialoqa imkanların yaradılması üçün əməkdaşlıq etməyə hazırdır.”, – təbrik məktubunda deyilir.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.