İsveçdə "Covid-19" virusuna yoluxanların sayı 70 mini keçib
İsveçdə "Covid-19" virusuna yoluxanların sayı 70 mini keçib

İsveçdə “Covid-19” virusuna yoluxanların sayı 70 mini aşır. Məlumatı “Reuters” agentliyi yayır.

Son 24 saat ərzində ölkədə virusun 947 yeni halı aşkar olundu və virus nəticəsində 41 insan vəfat etdi. Ümumilikdə “Covid-19” virusundan İsveçdə 5 411 insan vəfat edib.

İsveş “Covid-19” virusuna qarşı mübarizədə nisbətən yüngül yanaşmanı seçdi və ölkədə sərt karantin elan edilmədi.