İsrailin baş naziri - İranla döyüşməyə hazırıq
İsrailin baş naziri - İranla döyüşməyə hazırıq

İsrailin baş nazirinin sözlərinə görə, İsrail İranla döyüşməyə hazırdır. Bu barədə Benyamin Netanyahu bu gün keçirilən hökumət iclasında bəyan etdi.

Elə onun dediyinə görə, “aqressorla, ziyan vurana qədər döyüşmək lazımdır”.

“Biz İranın aqressiyasını, bunun müharibə olması təqdirində də, dayandırmağa hazırıq. Daha yaxşı olar indi, nəinki gec. Biz eskalasiyanı istəmirik. Lakin hər cür ssenari üçün hazırıq”, – Benyamin Netanyahu bəyan etdi.

İsrail ABŞ-ın tələbini dəstəkləyir və İranla 2015-ci ildə imzalanmış razılığa dəyişikliklərin edilməsini tələb edir. Netanyahu İranı keçən həftə dünyanı aldatmaqda ittiham etdi.