İsraildə son bir gün ərzində koronavirusun 980 yeni halı aşkar edildi
İsraildə son bir gün ərzində koronavirusun 980 yeni halı aşkar edildi

İsraildə ötən bir gün ərzində “COVID-19”-un rekord göstəricisi qeydə alındı, 980 yeni halı aşkar edildi. Bu, pandemiyanın yayılmasından bu günə qədər ölkədə aşkar olunan ən yüksək göstəricidir.

İsraildə koronavirusa 26 mindən artıq insan yoluxub, buradan 58-nin vəziyyəti kritik olaraq ağırdır, 25 pasiyent isə süni nəfəs alma aparatına qoşulub. Virus nəticəsində bu günə qədər 321 insan vəfat edib.