İsraildə son 24 saat ərzində koronavirusun 1 675 yeni jhalı aşkar edildi
İsraildə son 24 saat ərzində koronavirusun 1 675 yeni jhalı aşkar edildi

İsraildə son 24 saat ərzində koronavirus 1 675 insanda təsdiq edildi.

Medianın məlumatına görə, son bir gün ərzində ölkə miqyası ilə, koronavirus üzrə 23 mindən artıq test edildi.

Epidemiyanın başlamasından bu günə qədər, İsraildə virusa yoluxmanın 95 129 halı qeydə alınıb.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusdan 692 insan vəfat edib, 71 165 pasiyent müalicə olunaraq sağalıb.