İsraildə Gürcüstan vətəndaşlarının qanuni işlə təmin olunmaları məsələsi 2019-cu ildən tezləşdiriləcək
İsraildə Gürcüstan vətəndaşlarının qanuni işlə təmin olunmaları məsələsi 2019-cu ildən tezləşdiriləcək

İsraildə Gürcüstan vətəndaşlarının qanuni işlə təmin olunmaları hökumətin gündəmində durur, – bu barədə İsrailin Gürcüstandakı səfiri, Şabtay Sur bəyan etdi.

Onun dediyinə görə, qanunsuz miqrasiya statistikasının azalmasından sonra, bu məsələ üzrə işlər fəallaşacaq. Bu isə, 2019-cu il üçün mümkündür.

“2014-cü ildə, Gürcüstan və İsrail arasında viza rejiminin ləğv olunmasından sonra, Gürcüstana çoxlu turist gəldi. Biz təəssüflər olsun, son iki il ərzində aşkar etdik ki, təxminən 15 minə qədər vətəndaş İsraildə qeyri qanuni işləyirdi. Qeyd olunanla bağlı Gürcüstan və İsrail Xarici İşlər Nazirliyi arasında dialoq baş tutdu. Qərar qəbul olundu ki, əgər qeyri qanuni iş dayandırılacaq və statistika azalacaqsa, Gürcüstan vətəndaşlarının qanuni işlə təmin olunmaları məsələsini müzakirə etmək olar”, – səfir qeyd etdi.

Onun dediyinə görə, 2017-ci ildə bu baxımından statistika yüksək idi, 2018-ci ildə isə, yaxşı göstəricidir və qeyri qanuni səfərlər 70 faiz ilə azalıb.

“İnanıram 2019-cu ildə bu istiqamət daha da sürətləndiriləcək”, – Şabtay Sur bəyan etdi.