İsraildə 529 tələbə və pedaqoqda koronavirus təsdiq olundu
İsraildə 529 tələbə və pedaqoqda koronavirus təsdiq olundu

İsrail təhsil sistemində 529 insanda “COVID-19” təsdiq olundu, 25 669 insan isə, karantindədir. Məlumatı yerli media ölkənin Təhsil nazirinə istinad edərək yayır.

Elə onların məlumatına görə, virusa yoluxanlar arasında müəllimlər, eləcə də tələbələr var.

Təhsil Nazirliyində bəyan edirlər ki, ölkə miqyası ilə 193 tədris müəssisəsi bağlanıb.