İsrail aviasiyası Suriyada yerləşən İran hərbi obyektlərinə hücum endirdi
İsrail aviasiyası Suriyada yerləşən İran hərbi obyektlərinə hücum endirdi

İsrail aviasiyası Suriyada yerləşən İran hərbi obyektlərinə hücum endirdi. İsrail müdafiə qüvvələrinin yaydığı məlumata görə, hücumlar Suriya paytaxtı Dəməşqin cənub-şərq hissəsində yerləşən hədəflərə endirildi.

İsrail hərbiçilərinin dediyinə görə, bu rayonda yerləşən obyektlərdən İran, İrailə hücum planlaşdırırdı. Şəhərdə bir neçə partlayış səsi eşidildi.

İsrail baş naziri, Benyamin Netanyahunun bəyan etdiyinə görə, İsrail hərbiçiləri vətənlərinə hücum cəhdinin qarşısını uğurla aldılar. Həlak olanlar və yaralananlar barəsində məlumat yayılmır.