İspaniyada koronavirus ilə həlak olanların sayı azalır
İspaniyada koronavirus ilə həlak olanların sayı azalır

İspaniyada koronavirus qurbanlarının sayı azalır. Son 24 saat ərzində ölkədə 637 insan dünyasını dəyişdi. “El Pais” İspaniya nəşrinin məlumatına görə, bənzər göstərici 24 martdan sonra ilk dəfə qeydə alınır.

İspan mediası ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yazır ki, bu günə qədər koronavirusdan 13 055 insan həlak olubdur.

İspaniyada koronavirusa cəmi 135 min insan yoluxub, buradan 40 minə qədər insan sağalmışdır.