İspaniya baş naziri Karles Puçdemonun təklifini qəbul etmir
İspaniya baş naziri Karles Puçdemonun təklifini qəbul etmir

İspaniya baş naziri Kataloniyanın keçmiş liderinin, Karles Puçdemonun təklifini qəbul etmir. İspaniya baş nazirinin dediyinə görə, dialoq üçün hazırdır, lakin Puçdemon danıçıqlar aparmır.

Puçdemon İspaniya baş nazirinə görüş təklif edir. Onun dediyinə görə, görüş şərtsiz Avropanın hansısa bir paytaxtında olmalıdır və əalaqələrdə yeni mərhələ başlamalıdır. Kataloniyanın keçmiş lideri bu gün Avropa Komissiyasının prezidentinə də müraciət etdi.

“Mən Kommisiyadan mövqenin dəyişməsini deyil, sadəcə dinləməni tələb edirəm, məncə bu mümkündür”, – Kataloniyanın keçmiş lideri bəyan edir.

Karles Puçdemona qaşı İspaniya cinayət işi qaldırılıb. Dünən keçirilən seçkilərdə İspaniyadan Kataloniyanın ayırılmasının tərəfdarı olan partiyalar bloku çoxluğu əldə etdi cə 135 yerli parlamentdə 70 yeri tutdu.