Son göstəricilərə əsasən, Gürcüstan əhalisinin 12%-ni sosial cəhətdən müdafiəsiz təbəqə təşkil edir. 2017-ci ilin iyun ayından Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi tərəfindən yaradılmış sayt bu insanlara işlə təmin olunma şansı verir. Lakin statistika göstərir ki, təklif edilmiş iş yerləri üçün istək o qədər də yüksək deyil.
Əksər hallarda, sosial cəhətdən müdafiəsiz vətəndaşlar üçün, status, bu statusla əlaqəli zəmanətli müavinət və güzəştlər işlə təmin edilmədən daha önəmlidir.
Hazırladılar: Mariam Berdzenişvili, Leyla Əkbərova