"İslahatlar Qrupu", "Milli Hərəkat" və "Lelo" Ukrayna ilə bağlı birgə bəyanat yayır
"İslahatlar Qrupu", "Milli Hərəkat" və "Lelo" Ukrayna ilə bağlı birgə bəyanat yayır

 
Parlamentin “İslahatlar qrupu”, “Milli Hərəkat” və “Lelo” fraksiyaları Ukrayna ilə bağlı birgə bəyanat yayır.

Bəyanatda bir sıra məsələlərə diqqət ayrılıb, o cümlədən bildirilir ki, parlament müxalifəti və parlament əksəriyyəti ilə birlikdə strateji dost və tərəfdaşa yönəlik ümumi dövlət, çoxpartiyalı dəstək mövqeyini ifadə etmək üçün Ukraynaya dəstək parlament qətnaməsi qəbul edilməlidir.

Bundan əlavə, bəyanat aşağıdakı məsələləri əhatə edir: Gürcüstan-Ukrayna Dostluq Qrupunun aktivləşdirilməsi və birgə dəstəyi nümayiş etdirmək üçün yaxın günlərdə parlament çoxluğu və müxalifətin Kiyevə birgə səfərinin təşkili; Ukraynadakı cari hadisələri müzakirə etmək üçün bu həftə Gürcüstan parlamentində xarici işlər naziri və müdafiə naziri ilə komitə formatında görüş.

Bəyanatı imzalayanlar Gürcüstanın baş nazirini “Rusiyanın Ukraynaya qarşı yenilənmiş təcavüzü fonunda Gürcüstan və region üçün mümkün təhlükələri müzakirə etmək və müvafiq tədbirləri görmək məqsədilə Milli Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını çağırmağa” səsləyiblər.

“Gürcüstan parlamentində həmçinin Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən qətnamənin təşəbbüsü qaldırılıb. Parlament bu məsələ ilə bağlı ən yaxın parlament sessiyasında müzakirə aparsın və birgə qətnamə qəbul etsin. Parlamentin sədrinə, Xarici İşlər, Müdafiə və Təhlükəsizlik komitələrinin sədrlərinə müraciət edirik bu məsələlərin müzakirəsi üçün dərhal məsləhətləşmələrə başlasınlar” – deyə bəyanatda deyilir.