İşğalçı rejiminin nümayəndələri Ququtiantkari kəndinin sakinini həbs etdilər
İşğalçı rejiminin nümayəndələri Ququtiantkari kəndinin sakinini həbs etdilər

Cari ilin fervralın 2-də, işğalçi rejimin nümayəndələri Qori munisipalitetinin kəndinin yaxınlığındaki işğal edilən ərazidə, qeyri-qanuni şəkildə, kənd sakinini həbs etdilər.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

İşğal qüvvələri tərəfindən qeyri-qanuni həbs faktı ilə bağlı məlumat Avropa İttifaqının müşahidəçi missiyasına çatdırıldı. Həmçinin, beynəlxalq partnyorlara da müvafiq məlumat verildi.

“Qeyri-qanuni həbs edilmələr işğal xəttinin yaxınlığında yaşayan əhalinin onsuz da ağır vəziyyətini daha da ağırlaşdırır” – deyilir DTX-nın bəyanatında.

İdarənin məlumatına görə, qeyri-qanuni şəkildə həbs edilən vətəndaşın azad edilməsi üçün, mövcud olan mexanizmlərlə, gərəkən işlər görülür.