İşğal olunmuş Sxinvalinin qondarma prezidentinin qərarı ilə, Sxinvali şəhərinin rəmzi adı "Stalinir" olacaq
İşğal olunmuş Sxinvalinin qondarma prezidentinin qərarı ilə, Sxinvali şəhərinin rəmzi adı "Stalinir" olacaq

İşğal olunmuş Sxinvalidə qərar verdilər ki, Sxinvali şəhərinin rəmzi adı “Stalinir” olacaq.

Rusiya tərəfindən işğal olunmuş bölgədə yaydıqları məlumata görə, qondarma prezident, Anatoli Bibilov müvafiq qərarı “Böyük vətən müharibəsində qələbənin 75 ildönümü ilə bağlı” qəbul etdi.

“Sxinvali şəhərinin rəmzi adı “Stalinir” müəyyən edilsin. Bu ad böyük vətən müharibəsinin qeyd edilməsi tədbiqrlərində istifadə olunurdu – 9 may və 22 iyunda”, – qərarda deyilir.

Bibilov qondarma nazirliklərə tapşırıq verdi ki, qeyd olunan günlərdə “tarixi adın” populyarlaşdırılmasına imkanların yaradılması məqsədi ilə tədbirlər planlaşdırsınlar.