İşğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün məktəbdən sonra hazırlama proqramı işə düşəcək
İşğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün məktəbdən sonra hazırlama proqramı işə düşəcək

İşğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün məktəbdən sonra hazırlama proqramı işə düşəcək. Tbilisi Dövlət Universitetində keçirilən açılış tədbirində abituriyentlər ilə, Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvili görüşdü.

Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri aparatının məlumatına görə, proqram işğal olunmuş ərazilərdə yaşayan gənclərə ali təhsilin təklifini nəzərdə tutur. Abituriyentlər hazırlığı Tbilisi Dövlət Universiteti və Şota Mesxiya adına Zuqdidi Universitetində keçəcəklər. Proqramın pilot versiyası üç aylıqdır. Abituriyentlər hazırlığı intensiv rejimdə keçəcəklər, hazırlığı başa çatdırdıqdan sonra iki imtahan verəcəklər və milli imtahanlara girmədən istədikləri universiteti seçəcəklər. Elə cari ilin sentyabrından hazırlığın tam birillik kursu işə düşəcək.

Cari il proqramdan işğal olunmuş Abxaziya və Sxinvalidən 142 abituriyent qeydiyyatdan keçdi.

Proqram “daha yaxşı gələcək üçün addım” təşəbbüsünün tərkib hissəsidir.