İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 90 yeni halı aşkar edildi, bir pasiyent vəfat etdi
İşğal olunmuş Abxaziyada koronavirusa yoluxmanın 90 yeni halı aşkar edildi, bir pasiyent vəfat etdi

İşğal olunmuş Abxaziyanın qondarma Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir gün ərzində koronavirus üzrə test 269 insana edildi və virus 90 şəxsdə təsdiq olundu.

Bu vaxt üçün, işğal olunmuş Abxaziyanın üç kovid-mərkəzində 119 pasiyent müalicəsini davam etdirir. Buradan 30 pasiyentin vəziyyəti ağırdır.

Bununla yanaşı, medianın məlumatına görə, Qudauta Rayon Xəstəxanasında kornavirusa yoluxmuş bir pasiyent vəfat etdi.

İşğal olunmuş Abxaziyada koronavirusa yoluxanların sayı 5 648-ə qədər artıb. Buradan 74 pasiyent vəfat edib, 3 654 pasiyent müalicə olunaraq sağalıb.

Şərh yaz