İşğal altında olan Abxaziyada yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı artıb
İşğal altında olan Abxaziyada yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı artıb

İşğal altında olan Abxaziyada, cari ilin 9 ayının göstəricilərinə görə, yeniyetmələr tərəfindən törədilən  16 cinayət halı qeyd olunub.

Keçən ilin analoji dövründə isə, eyni cinayətlərin sayı 17-idi.

Bu barədə məlumatı Apsny.ru, de-fakto iqtidarın güc strukturlarından verilən məlumata əsasən yayır.

“Yeniyetmələrin qrup cinayətləri və qruplaşma tendensiyaları görünür. Suxumidə iki belə qrup həbs edildi”, – deyir işğal altında olan Abxaziyanın De-fakto Daxili İşlər Nazirliyinin rəhbərinin müavini Denis Tania.

Tanianın məlumatına görə, polis tərəfindən göz altına alınan 74 gənc var. Onların əksəriyyəti, çətin maddi vəziyyətə görə, cinayət törədirlər.

Bundan əlavə, Qudauta, Suxumu və  QalidənŞ yenə 157 yeniyetmə haqqında cinayət siqnalı gəlir.

De-fakto güc strukturlarında bəyan edirlər ki, bu məsələ ilə bağlı intensiv işlər həyata keçirilir.