İşğal altında olan Abxaziyanın de-fakto prezidentinin administrasiyasının yanında atışma baş verdi
İşğal altında olan Abxaziyanın de-fakto prezidentinin administrasiyasının yanında atışma baş verdi

İşğal altında olan Abxaziyanın de-fakto prezidentinin administrasiyasının yanında atışma baş verdi.

Bu barədə məlumatı rus medyası yayır.

Prezident administrasiyasının qabağında bütün gecə aksiya keçirənlər, bu gün yenə administrasiya binasına daxil olmağa çalışdılar.

De-fakto Daxili İşlər Nazirliyi isə, bəyan edir ki, əsas məqsəd qan tökülməsinin qarşısını almaqdır.

Eyni zamanda məlumat yayılır ki, qondarma prezident Raul Xacimba müxalifətçilərlə görüşməyi təklif etdi, ancaq müxalifətdən cavab almayıb.

Administrasiya binasının yanında isə, etiraz edənlərin sayı daha da artır.

Demonstrantlar Xacimbayı etdiyi vədlərin arxasında durmamaqla və qeyri-qanuni pul xərcləməklə ittiham edirlər.

Xatırladaq ki, qondarma iqtidarın Mərkəzi Seçki Komisiyasının nəticələrinə əsasən, son prezident seçkilərində Raul Xacimba qalib olmuşdu, ancaq “müxalifət” onun qələbəsini qəbul etmir.

Şərh yaz