İşğal altında olan Abxaziyada koronavirusun 49 yeni halı qeydə alındı
İşğal altında olan Abxaziyada koronavirusun 49 yeni halı qeydə alındı

Abxaz medyasının məlumatına görə, ötən gecə-gündüz ərzində, işğal edilən ərazidə, Abxaziyada, 211 nəfərə test keçirildi və 49 nəfərdə koronavirus aşkarlandı.

İşğal edilən ərazidə, bu mərhələdə beş kovid-mərkəzində 116 nəfər müalicə olunur, 31 pasientin vəziyyəti ağırdır.

Pandemiya müddətində işğal edilən Abxaziyada koronavirusun 14 666 halı qeydə alındı.

Ölənlərin sayı isə, 222-dir.

Sağalan pasientlərin sayı 13 660.