IRI - iyun aksiyalarından sonra tədqiqata uyğun olaraq, hakimiyyətə qarşı etimad göstəricisi hiss olunacaq dərəcədə azaldı, heç bir partiyanın gələcək seçkilər üçün nəzərə çarpan üstünlüyü yoxdur
IRI - iyun aksiyalarından sonra tədqiqata uyğun olaraq, hakimiyyətə qarşı etimad göstəricisi hiss olunacaq dərəcədə azaldı, heç bir partiyanın gələcək seçkilər üçün nəzərə çarpan üstünlüyü yoxdur

Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda iyun aksiyalarından sonra ilk tədqiqatını yayır. Təşkilatın məlumatında qeyd olunur ki, IRI-ın 2019-cu il anti-rus etiraz aksiyalarından sonra keçirdiyi tədqiqata uyğun olaraq, hakimiyyətə qarşı etimad göstəricisi hiss olunacaq dərəcədə azaldı.

Elə onların məlumatına görə, heç bir partiyanın gələcək seçkilər üçün nəzərə çarpan üstünlüyü yoxdur.

Tədqiqata əsasən, sorğu olunanların 80 faizi ölkə miqyasında ən əsas problem olaraq işsizliyi, yaşayış xərclərini və yoxsulluğu göstərdi.

Tədqiqatda qeyd olunub ki, bu il hakimiyyət vəd verdi ki, seçki sistemi proporsional sistemi ilə əvəz olunacaq.

Təşkilat tərəfindən yayılan məlumata əsasən, Parlament seçkilərinə bir ildən az vaxt qaldığı zaman, əsas üstünlüyü olan siyasi qüvvə hələlik seçilmir.

NATO-ya inteqrasiya tərəfdarlarının sayı Gürcüstanda son altı ay ərzində 68 faizdən 71 faizə qədər artdi. Avropa İtiifaqına üzvülyün tərəfdarlarının sayı isə, 75 faizdən 80 faizə qədər artdı.