İranın birinci vitse-prezidenti Gürcüstanın Müstəqillik Gününü təbrik etdi
İranın birinci vitse-prezidenti Gürcüstanın Müstəqillik Gününü təbrik etdi

Gürcüstanın Müstəqillik Gününü İranın birinci vitse-prezidenti təbrik etdi. İran mətbuatının yazdığına görə, Eshaq Cahangir məktubu Gürcüstanın baş naziri Giorgi Kvirikaşviliyə göndərdi.

Məktubda İranın birinci vitse-prezidenti Gürcüstan hökuməti və xalqını ilk respublikanın yaranmasının 100 illik yubileyini təbrik edir.

Cahangir iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirir.

Məktubda İranın birinci vitse-prezidenti baş nazirə sağlamlıq və uğurlar, gürcü xalqına isə xoşbəxtlik və firəvanlıq arzulayır.