İranda zəlzələ nəticəsində zərər görənlərin sayı 105-ə qədər artdı
İranda zəlzələ nəticəsində zərər görənlərin sayı 105-ə qədər artdı

İranda zəlzələ nəticəsində zərər görənlərin sayı 105-ə qədər artdı.

Bu barədə məlumatı İranın Fövqəladə Hallar Xidməti yayır.

Zərər görən 32 nəfər xəstəxanaya aparılıb, 65 nəfərə isə, ambulatoriya yardımı edildi.

5.3 maqnituda gücündəki zəlzələ ölkənin şimal-qərb tərəfində səhər saat 8:30-da baş verdi.

Təbii fəlakət regionlarda binalara və elektrik ötürücü xəttlərə zərər verdi.