İranda yanacağın qiymətinin bahalaşmasına görə başlanan etiraz aksiyasında toqquşma baş verdi
İranda yanacağın qiymətinin bahalaşmasına görə başlanan etiraz aksiyasında toqquşma baş verdi

Tehran və İranın başqa şəhərlərində yanacağın qiymətinin bahalaşmasına görə küçəyə çıxan nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdi.

İran mediasının yaydığı məlumata görə, ölkənin cənub hissəsində yerləşən Sircan şəhərində qarışıqlıq zamanı aksiyanın bir iştirakçısı həlak oldu. Xəsarət alanlar da var. Mitinqçilər yanacaq doldurma məntəqələrinin yandırılmasına cəhd etdilər.

Etiraz aksiyaları İranın şəhərlərində yanacağın qiymətinin artırılmasından sonra başladı.

“Reuters” agentliyinin İran mediasına istinadən yaydığı məlumata görə, etiraz aksiyası 40-ə qədər şəhərdə keçirildi.