İranda son bir gün ərzində koronavirusun 2560 halı aşkar edildi, 163 pasiyent vəfat etdi
İranda son bir gün ərzində koronavirusun 2560 halı aşkar edildi, 163 pasiyent vəfat etdi

İranda son bir gün ərzində koronavirusdan 163 pasiyent vəfat etdi. Bu İranda epidemiyanın yayılmasından bu günə qədər qeydə alınan rekord olaraq ən yüksək göstəricidir. Ölkədə virusdan ümumilikdə 11 571 insan vəfat etdi.

İran Shiyyə Nazirliyinin məlumatına görə, son bir gün ərzində koronavirusun 2 560 halı aşkar edildi. Virusa yoluxmanın ümumi götəricisi 240 438-i təşkil etdi. 201 330 pasiyent sağaldı.

Xatırladaq ki, İran pandemiyaya görə tədbiq olunan məhdudiyyətləri mərhələ şəklində aradan qaldırmağa 11 apreldən başladı.