İranda son 24 saat ərzində koronavirusdan 94 pasiyent həlak oldu
İranda son 24 saat ərzində koronavirusdan 94 pasiyent həlak oldu

İranda yeni koronavirusdan daha 94 pasiyent həlak oldu. Ölkədə virus nəticəsində həlak olanların sayıümumilikdə 5 391-ə qədər artdı. Bu barədə məlumatı “İRNA” informasiya agentliyi yayır.

Ölkədə virusa yoluxanların sayı 1 194 ilə artdı və hazırda 85 996-nı təşkil edir. Buradan 63 113 pasiyent sağalıb, 3 311 vətəndaş intensiv terapiya şöbəsinə yerləşdirilibdir.