İranda son 24 saat ərzində koronavirusdan 337 insan vəfat etdi
İranda son 24 saat ərzində koronavirusdan 337 insan vəfat etdi

İranda ötən gecə koronavirus nəticəsində ölüm hallarının rekord olaraq yüksək göstəricisi qeydə alındı.

Virus nəticəsində son 24 saat ərzində 337 insan vəfat etdi. Məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Bir gün ərzində koronavirusun 4 251 yeni halı aşkar edildi. Ümumilikdə pandemiyanın başlamasından bu günə qədər ölkədə virusa 534 631 insan yoxlub, 30 712 insan vəfat edib.