İranda son 24 saat ərzində koronavirusdan 212 nəfər həlak oldu
İranda son 24 saat ərzində koronavirusdan 212 nəfər həlak oldu

İranda son 24 saat ərzində koronavirusdan 212 nəfər həlak oldu.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya başlayandan sonra, ölkədə koronavirusdan 17 617 nəfər həlak oldu.

Tehranda deyirlər ki, son bir gündə koronavirusun 2 751 halı qeydə alındı.

İranda ümumilikdə, covid-19-a 314 786 nəfər yoluxub, 4 132 pasiyent isə, xəstəxanada ağır vəziyyətdədir.

Sağalan pasiyentlərin sayı isə, 272 535-yə çatır.