İranda son 24 saat ərzində koronavirusa 2 089 insan yoluxdu, 133 insan həlak oldu
İranda son 24 saat ərzində koronavirusa 2 089 insan yoluxdu, 133 insan həlak oldu

İranda son 24 saat ərzində koronavirus nəticəsində 133 insan həlak oldu. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi, Kiyanum Cahanpur bəyan etdi.

Onun dediyinə görə, son 24 saat ərzində koronavirusa 2 089 insan yoluxdu. Nəticədə virusun yayılmasından bu günə qədər İranda koronavirusa yoluxanların sayı 62 589 pasiyenti təşkil edir.

Cahanpurun bildirdiyinə görə, 3 987 insan intensiv terapiya şöbəsində qalmaqdadır və onların sağlamlıq vəziyyəti kritikdir.