İranda son 24 saat ərzində koronavirus ilə 54 insan həlak oldu
İranda son 24 saat ərzində koronavirus ilə 54 insan həlak oldu

Son 24 saat ərzində İranda koronavirus ilə 54 insan həlak oldu. Bu barədə məlumatı “BBC” yayır.

Qeyd olunan göstərici İran üçün bir gün ərzində ölümün ən yüksək göstəricisidir.

Ümumilikdə, ölkədə yeni koronavirus nəticəsində həlak olanların sayı 291-i təşkil edir. Virusa yoluxanların sayı 881 ilə artdı. İranda koronavirusa  8 042 insan yoluxub.