İranda koronavirusun 9 236 yeni halı qeydə alındı, 459 pasiyent vəfat etdi
İranda koronavirusun 9 236 yeni halı qeydə alındı, 459 pasiyent vəfat etdi

İranda koronavirusa yoluxmanın rekord olaraq yükək göstəricisi qeydə alındı. Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son 24 saat ərzində koronavirusun 9 236 yeni halı qeydə alındı, 459 pasiyent isə, vəfat etdi.

İranda cəmi koronavirusun 682 486 halı qeydə alınıb, buradan 38 291 insan vəfat edib.