İranda koronavirusun 3 825 yeni halı aşkar edildi, 211 pasiyent vəfat etdi
İranda koronavirusun 3 825 yeni halı aşkar edildi, 211 pasiyent vəfat etdi

İranda son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. Ölkədə 3 825 yeni hal təsdiq olundu, 211 pasiyent vəfat etdi. Qeyd olunan məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Virusun yayılmasından bu günə qədər, İranda koronavirusun 461 044 təsdiq olunmuş halı qeydə alınıb, 26 380 insan vəfat edib.