İranda koronavirusun 2 636 yeni halı aşkar edildi
İranda koronavirusun 2 636 yeni halı aşkar edildi

İranda son 24 saat ərzində koronavirusun 2 636 yeni halı aşkar edildi, 196 insan vəfat etdi.

Qeyd olunan məlumatı “CNN” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

İranda cəmi koronavirusun 298 909 halı qeydə alınıb və 16 343 insan vəfat edib.

Virusun yeni hallarının artmasına görə, ölkə prezidentinin əmri ilə, maskanın gəzdirilməsi məcburi oldu.