İranda koronavirusdan həlak olanların sayı 54-ə çatdı
İranda koronavirusdan həlak olanların sayı 54-ə çatdı

İranda koronavirusdan həlak olanların sayı 54-ə çatdı. Qeyd olunan göstəriciləri İran Səhiyyə Nazirliyi yayır. Rəsmi göstəricilərlə, virusa yoluxanların sayı 978-i təşkil edir.

Son bir gün ərzində koronavirusun 385 yeni halı qeydə alındı. 175 insan müalicə olundu və xəstəxananı tərk etdi.

Koronavirusa görə, İranda məktəblər və ictimai toplantı yerləri bağlandı.