İranda koronavirusdan 106 və 100 yaşında pasientlər sağaldılar
İranda koronavirusdan 106 və 100 yaşında pasientlər sağaldılar

İranda yeni koronavirusdan 106 və 100 yaşında pasientlər sağaldılar.

İran mediasının məlumatına görə, hər iki hal Qum şəhərinin xəstəxanasında baş verdi. Həmçinin məlumat yayılır ki, Məşhəd şəhərində koronavirusdan 98 yaşlı pasient müalicə olundu.

İran Səhiyyə Nazirliyinin nümayəndəsinin məlumatına görə, son bir gün ərzində koronavirusa yoluxmanın 2 483 halı qeydə alındı, 151 insan isə, dünyasını dəyişdi.