İranda koronavirusa yoluxan qadın siyasətçi həyatını itirib
İranda koronavirusa yoluxan qadın siyasətçi həyatını itirib

İranda koronavirusa yoluxan qadın siyasətçi həyatını itirib.

Bu haqda məlumatı CNN yayır.

Fatimə Rahbari İranın Ali Qanunverici Orqanına yeni seçilmişdi.

Məlum olduğu kimi, koronavirusa yoluxduqdan sonra, qadının vəziyyəti pisləşdi və sünii nəfəs aparatı altında idi. Martın 6-da isə, qadın vəfat etdi.

Rəsmi göstəricilərə görə, İranda koronavirusdan ölənlərin sayı 124 nəfərdir.

İnfeksiyaya yoluxma halı isə, 4 747-dir.