İranda koronavirus ilə həlak olanların sayı 194-ə çatdı
İranda koronavirus ilə həlak olanların sayı 194-ə çatdı

İranda “Covid 19” koronavirusu ilə həlak olanların sayı 194-ə çatdı.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, virusa yoluxmanın 743 yeni halı qeydə alınıb.

Ümumilikdə İranda koronavirusa yoluxanların sayı 6 566 insanı təşkil edir.

İran hakimiyyətinin məlumatına görə, koronavirusdan artıq 2 134 insan müalicə olunub.

İran hakimiyyəti ona qədər virusla 145 insanın həlak olmasını təsdiqləyirdi.

Virusun yayılması ilə bağlı, “İranair” İran aviaşirkəti Avropa istiqamətinə bütün uçuşlarını dayandırdı.