İranda keçirilən hərbi paradda baş verən terakt nəticəsində 24 nəfər həlak oldu
İranda keçirilən hərbi paradda baş verən terakt nəticəsində 24 nəfər həlak oldu

İranda keçirilən hərbi parad zamanı baş verən terakt nəticəsində 24 nəfər həlak oldu, 50 nəfər isə, ağır yaralandı.

Yerli medyanın məlumatına görə, ölən və yaralananların arasında uşaqlar və qadınlar da var.

İran iqtidarı baş verən faktla bağlı amerikalı instruktorları ittiham edir.

Terakt Ahvaz şəhərində baş verdi. Bir neçə silahlı şəxs hərbi parad zamanı insanlara atəş açdı.

Xatırladaq ki, bugün İran İslam Respublikasının bir neçə şəhərində və həmçinin paytaxt Tehranda, 1980-1988-ci illərdə baş verən İran-İrak müharibəsinin başlamasının tarixi ilə bağlı hərbi paradlar keçirilir.