İranda, hərbi paradda baş verən terakt üçün məsuliyyəti öz üzərinə "İslam Dövləti" götürdü
İranda, hərbi paradda baş verən terakt üçün məsuliyyəti öz üzərinə "İslam Dövləti" götürdü

İranda, hərbi paradda baş verən terakt üçün məsuliyyəti öz üzərinə “İslam Dövləti” götürdü.

Bu barədə məlumatı terorist qruplaşması tərəfindən nəzarət edilən Amaq agentliyi yayır.

İranın Xarici İşlər Naziri Muhammed Cavad Zarifin bəyanatına görə, hərbi parada hücüm teroristlərin regional sponsorları və amerikalı instruktorların yardımı ilə həyata keçirildi.

Ahvaz şəhərində keçirilən hərbi paradda baş verən terakt nəticəsində 24 nəfər həlak oldu, 50-dən artığı isə, yaralandı.

Ölən və xəsarət alanlar arasında uşaqlar və qadınlar da var.