İranda hərbi parad zamanı baş verən teraktla bağlı 22 nəfər həbs edildi
İranda hərbi parad zamanı baş verən teraktla bağlı 22 nəfər həbs edildi

İranda hərbi parad zamanı baş verən teraktla bağlı 22 nəfər həbs edildi.

İran televiziyası divara dirənən 22 gözü bağlı adam göstərdi.

İranın Kəşfiyyat Nazirinin dediyinə görə, keçirilən xüsusi əməliyyat nəticəsində silah, ekslüziv material və komunikasiya avadanlıqları aşkarlandı.

Xatırladaq ki, sentyabrın 22-də İranın Avqaz şəhərində keçirilən hərbi parad zamanı, naməlum şəxslər insanlara atəş açdılar.

Hərbi parad 1980-1988-ci ildə İraq-İran müharibəsini başlaması tarixinə həsr olunurdu.

Baş verən faktla bağlı məsuliyyəti öz üzərinə terorist “İslam Dövləti” götürdü.

Terakt nəticəsində 25 nəfər həlak oldu.