İranda qəzaya uğrayan təyyarənin texniki nasazlıqları var idi
İranda qəzaya uğrayan təyyarənin texniki nasazlıqları var idi

İranda qəzaya uğrayan təyyarənin texniki nasazlıqları var idi – bu barədə ISNA agentliyi məlumat yayır.

Məlumat yayılır ki, qeyd olunan təyyarə bir ay əvvəl texniki nasazlığa görə, qəzalı eniş həyata keçirmişdir.

Sərnişin layneri Tehrandan Yasuca uçurdu. Hava uçduqdan 50 dəqiqə sonra radarlarna yoxa çıxdı.  İran mətbuatının yazır ki, ATR 72-500 təyyarəsi dağa çırpıldı. O, İranın dağlıq rayonunda İshahan vilayətində, Semiroma yaxın qəzaya uğradı.

Aseman Airlines aviaşirkətində bəyan edirlər ki, təyyarədə olan 66 sərnişinin hamısı həlak oldu. Xilaestmə əməliyyatını dağlıq bölgəsində olan ağır meteoroloji şərait əngəlləyir.

Hadisə yerinə vertalyon enə bilmədi və buna görə, xilasedicilər maşınlarla gedəsi oldular.

Aviaşirkətin məlumatına görə, həlak olanlar arasında bir uşaq var.

Hazırda həlak olanların yaxınları Tehran aeroportuna toplanırlar.