İranda, etiraz aksiyalarına görə ərzaq bazarı bağlandı
İranda, etiraz aksiyalarına görə ərzaq bazarı bağlandı

İranda, etiraz aksiyalarına görə ərzaq bazarı bağlanıbdır. Vətəndaşlar milli valyutanın devalvasiyasına və qiymətlərin artmasına etiraz edirlər.

Onlarca mağaza bağlandı. Aksiya iştirakçıları küçəyə çıxdılar və aksiyanın parlament önündə keçirilməsinə cəhd göstərdilər. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.

İranda milli valyutanın ucuzlaşması “Nüvə razılaşmasının” mümkün pozulması, ABŞ-nın bu müqavilədən çıxması və İrana qarşı iqtisadi sanksiyaların təkrar tədbiq olunması ilə bağlıdır. Məhdudiyyətlər avqustdan qüvvəyə minməlidir.

Bir dolların dəyəri hazırda 90 000 realdır, buna qədər isə 60 min idi.