İranda baş verən zəlzələ nəticəsində 6 nəfər həyatını itirdi, 500-ü isə, xəsarət aldı
İranda baş verən zəlzələ nəticəsində 6 nəfər həyatını itirdi, 500-ü isə, xəsarət aldı

İranda baş verən zəlzələ nəticəsində 6 nəfər həyatını itirdi, 500-ü isə, xəsarət aldı.

Bu barədə məlumatı yerli medya Səhiyyə departamentinin bəyanatlarına əsasən yayır.

Yayılan məlumata görə, 50 nəfərin vəziyyəti xüsusi ilə ağırdır, digərləri isə, ambulatoriya müalicəsi görürlər.

5,9 maqnitudalı zəlzələ noyabrın 9-da İranın şimal-qərb hissəsində baş verdi.

Zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometrlik məsafədə, 62 kilometrlik dərinlikdə qeydə alındı.

Zəlzələ nəticəsində əyalətdəki binalar dağıldı.