İranda 5.7 bal gücündə zəlzələ baş verdi
İranda 5.7 bal gücündə zəlzələ baş verdi

İranda 5.7 bal gücündə zəlzələ baş verdi. Məlumatı “Reuters” agentliyi Avropa Seysmologiya Xidmətinə istinad edərək yayır.

Yeraltı təkanlar yerli vaxtla saat 12:30-da qeydə alındı. Episentr Bəndər-Abbas şəhərindən 48 kilometr aralı, 47 kilometr dərinliyində qeydə alındı.

Tələfat və xəsarət alanlar barəsində məlumat yayılmır.