İran Təhlükəsizlik Şurasının katibi - İsrail Suriyədə İranlı əsgərlərin bombalanmasının bədəlini ödəyəcək
İran Təhlükəsizlik Şurasının katibi - İsrail Suriyədə İranlı əsgərlərin bombalanmasının bədəlini ödəyəcək

Suriyədə İranlı əsgərlərin bombalanmasının bədəlini ödətmək üçün, İran İsrailə qarşı cəza tədbirləri həyata keçirəcək.

Bu barədə bəyanatı İran Təhlükəsizlik xidmətinin katibi verdi

Ali Şamxaninin dediyinə görə, İsrail etdiyi səhvin bədəlini ödəyəcək, ancaq bunun nə zaman və hansı formada olacağını rəsmi İran hələ bilmir.

Xatırladaq ki, aprelin 9-da İsrailin hərbi aviasiyası Suriyənin hərbi bazasını bombaladı

Avia-hücüm nəticəsində, bazada olan iranlı əsgərlər həlak oldular.

İran Təhlükəsizlik Şurasının katibi həmçinin qeyd etdi ki, İsrail Suriyədə, məhz terroriszmə qarşı mübarizə aparan əsgərləri öldürür.